AZ

U-16 millimiz Moldovaya növbəti dəfə qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-16) ikinci yoxlama görüşünə çıxıb.

Arena.az xəbər verir ki, U-16 millimiz Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunmuş oyun Aqil Nəbiyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Şikar Şikar və Ömər Kosayev vurublar.

Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da keçirilmiş ilk oyunda da Azərbaycan millisi 3:2 hesablı qələbə qazanıb.

Yoxlama oyunu
21 iyun

Azərbaycan (U-16) – Moldova (U-16) – 2:1
Qollar: Şikar Şikar, 58; Ömər Kosayev, 89 – Damian Xanqan, 69
Qırmızı vərəqə: David Ostafi, 82.

Azərbaycan: 1. Bilal Hacıyev, 5. Roman Fərzəli, 21. Uğur Qurbanlı, 3. Vaqif Məmmədli, 6. Ruslan Quliyev, 20. Mehdi Hüseyn (4. Vaqif Nəbiyev, 73), 24. Rəsul Balakişiyev (19. Firdovsi Şeydayev, 62), 16. Şikar Şikar (7. Yusif Orucəliyev, 73), 10. Əli Bəşirov (k) (18. Cavidan Əlizadə, 71), 8. Nihat Hüseynzadə, 23. Daniil Rəcəbov (9. Ömər Kosayev, 46).
Ehtiyat oyunçular: 12. Kamal Camalzadə, 2. Mehdi İsmayılov, 11. Tunar Bayramov, 13. Əli İsrafilov, 14. Ramil Hacıyev, 15. Cəfər Cəfərzadə, 17. Nicat Əhmədzadə, 25. Ranar Qazibəyov, 27. Fəqan Mustafayev.
Baş məşqçi: Aqil Nəbiyev.

Moldova: 1. Oktavian Giaur (k) (12. Vlad Dediu, 67), 3. Ektor Kreçesko (2. Qriqori Toriç, 46), 14. Timur Qamurar (5. Nikolas Yeşanu, 46), 15. David Ostafi (10. Mixai Puşkaşu, 67 ), 4. Mixail Baqrin, 13. Nikita Sili (6. Maksim Patron, 46), 18. Nikita Danielli (7. Darius Dodonu, 46), 16. Katalin Qaliçenko, 17. Boqdan Lupaşko (9. İon Kalmik, 61), 20. Kristian Jeçev (8. Damian Xanqan, 46), 19. Aleksandru Mardari (11. Aleksandru Bokança, 46).
Baş məşqçi: Nikolae Bunea.

Seçilən
62
43
arena.az

10Mənbələr