AZ

Tramp açıqladı: İranın nüvə obyektlərini vurduq

ABŞ Prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social”da yazıb.

“Biz İrandakı Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdırlar. Əzəmətli amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – o yazıb.

“Röyters” amerikalı rəsmiyə istinadla məlumat verib ki, ABŞ İranın nüvə obyektlərinə zərbələr zamanı B-2 bombardmançılarını istifadə edib.

Seçilən
9
17
axar.az

10Mənbələr