AZ

Gözlənilməz hava DƏYİŞİKLİYİ – Le­ysan və doluya hazır olun!

Gözlənilməz

İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Ulusum.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Belə ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Diqqət Çəkənlər

Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub - FOTO

Qoxu itkisi Alzheimer və Parkinsonun xəbərçisi ola bilər

Un az, yağ az, dad çox – kəsmikli kökə

Seçilən
1
49
ulusum.az

10Mənbələr