AZ

Utziq gedir, bəs Suma? - klubdan rəsmi açıqlama

İyunun 14-də təlim-məşq toplanışlarına start verən “Zirə” ötən mövsüm bir neçə futbolçunun özünü fərdi baxımdan göstərməsi ilə fərqləndi.

Sosial şəbəkələrdə məşqlərdən şəkillər paylaşan paytaxt təmsilçisinin toplanışında getməyə əsas namizəd olan iki legioner - Salifi Suma və Rafael Utziq gözə dəymədi. Bu isə ağla futbolçuların artıq komandadan ayrıldığını və ya hələ də vətənlərində olduğunu gətirir.

“Football-plus.az” məsələni dəqiqləşdirmək üçünklubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxlayıb. Həmkarımız Sumanın məşqlərə qatıldığını desə də, eyni sözləri Utziqə aid etməyib:
“Bu barədə Rəşad Sadıqov da danışıb. Utziq hələ ki komandamızın futbolçusudu, amma transferə çıxarılıb, ona görə də məşqlərə qatılmır”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
39
1
football-plus.az

2Mənbələr