AZ

Tramp : Çin İsraillə münaqişədə İrana kömək etməyəcək

ABŞ prezidenti Donald Tramp İran və İsrailin qarşılıqlı zərbələri ilə bağlı Pekinin Tehrana yardım etməyəcəyinə əmin olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Tramp bunu Nyu Cersidə jurnalistlərin İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatı ilə bağlı Çinin İrana yardım göstərməsinin mümkünlüyü ilə bağlı suallarını cavablandırarkən deyib.

“Mən onların müdaxiləsini təsəvvür edə bilmirəm” dedi Amerika lideri. Çinin daha əvvəl İrana bir neçə təyyarə göndərməsi ilə bağlı xəbərləri şərh edən Tramp qeyd edib:

“Onlar deyirlər ki, bu, insanları evakuasiya etməkdir. Amma bu barədə sizə heç nə deyə bilmərəm. Mən Çinlə çox yaxşı anlaşıram. Çin prezidenti Si Cinpinlə çox yaxşı anlaşıram”, – Amerika lideri vurğulayıb.

“Bizim çox yaxşı münasibətimiz var. Nə olacağını görəcəyik”, – o əlavə edib.

Seçilən
41
50
veteninfo.az

10Mənbələr