AZ

“Şirvan” bütün futbolçuları və texniki heyətlə vidalaşdı

Azərbaycan İkinci Liqasında iştirak etmək hüququ qazanmış “Şirvan” klubu bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

2025/2026 mövsümündən etibarən Azərbaycan İkinci Liqasında mübarizə aparacaq klub yeni liqada daha güclü kollektivlər mübarizə aparmaq iddiasındadır. Klubun yaydığı açıqlamada bunlar qeyd olunub:

“Şirvan” Futbol Klubunun rəhbərliyi 2024/2025-ci illər mövsümünün başa çatması ilə bağlı komanda heyəti haqqında mühüm qərar qəbul edib. Qərara əsasən, mövsüm boyu klubun şərəfini qorumuş bütün futbolçular və texniki heyətlə yollar rəsmən ayrılır. Komandaya bağlı olan heç bir şəxs bu tarixdən etibarən klubla müqavilə öhdəliyi daşımır və hər kəs sərbəst hesab olunur.

Bu qərar strateji yenilənmə və növbəti mövsüm üçün klubun gələcəyini daha sistemli şəkildə planlamaq məqsədi daşıyır.

Rəhbərlik xüsusilə 2024/25 mövsümündə çətin və şərəfli yolda – Region Liqasında ikincilik qazanaraq Pley-off mərhələsində qalib olaraq. 2-ci Liqaya yüksəlməkdə böyük əzmkarlıq göstərən, tərlə, ruhla bu uğura imza atan bütün oyunçulara və texniki heyətə dərin təşəkkürünü bildirir. Bu tarix sizinlə yazıldı!

Futbol sadəcə oyun deyil, bir ailədir. Bəzən yollar ayrılsa da, ailəlik duyğular əbədi qalır. Biz bir komandada davam etməsək də, “Şirvan”ın qapıları bu klubun formasını geyinmiş hər bir oyunçunun üzünə hər zaman açıqdır. Siz bizim üçün sadəcə keçmişin bir parçası yox, həm də bu tarixin qurucularısınız.

Eyni zamanda rəhbərlik qeyd edir ki, yeni mövsümdə əməkdaşlığa davam etmək istədiyimiz bəzi oyunçularla fərdi şəkildə ünsiyyət qurulacaq, danışıqlar aparılacaq və yeni təkliflər irəli sürüləcək.
Hər birinizə təşəkkür edirik — biz birlikdə tarix yazdıq!

Yeni yollarınızda uğurlar, gələcəkdə yenidən bir arada olmaq ümidi ilə!”

Seçilən
23
16
arena.az

10Mənbələr