AZ

AEBA rəhbəri İranın xarici işlər nazirinə görüş təklif etdi

BAKI, 24 iyun. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın Atom Enerjisi Təşkilatı (İAET) ilə əməkdaşlığı yenidən qurmağa hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

“Olaylarla bağlı İrandan gələn məlumatları müsbət qarşılayıram. İAET ilə əməkdaşlığın bərpası uğurlu razılaşmanın əsas şərtidir. Mən İranın xarici işlər naziri Abbas Əraqçiyə məktub ünvanlayaraq bildirdim ki, bu təşəbbüs nüvə proqramı ətrafında uzun illərdir davam edən mübahisələrin diplomatik yolla həllinə şərait yarada bilər. Həmçinin yaxın vaxtlarda görüşməyi təklif etdim”, – o qeyd edib.

Seçilən
12
50
teleqraf.com

10Mənbələr