ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Suraxanı rayonunda ata və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 4-də baş verib. Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əhməd həmin gün saat 23:00-da yaşadığı evində oğlu Zahirin siqaret çəkdiyini görüb. Əhməd bundan əsəbləşərək qəsdən əli ilə onun baş nahiyəsinə bir neçə dəfə vurub və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, oğluna xəsarət yetirməsinə görə peşman olduğunu söyləyib. Zərərçəkmiş şəxs də ifadəsində atası ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını deyib. Bu işə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman ata və oğlunu barımasını, zərərçəkmiş şəxsin şikayətini geri götürməsini nəzərə alıb.Bu səbəbdən Əhmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.