AZ

XİDMƏTİ MÜQAVİLƏ İLƏ MALİYYƏ YAYINDIRAN QHT ləri PROBLEM GÖZLƏYİR DETALLAR

Mia.az saytına istinadən ain.az xəbər verir.

Milli Məclis qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələr müəyyənləşməsini ilk oxunuşda qəbul edib.

Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcək.

Sənəddə vurğulanıb ki, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsinə görə vəzifəli şəxslər 2 500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 8 min manatdan 15 min manatadək məbləğdə cərimə ediləcək.

Bildirilib ki, qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2 500 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 8000 manatadək məbləğdə cərimə ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
43
mia.az

10Mənbələr