AZ

Tramp: Rusiya ilə razılaşma əldə etmək istəyirəm

BAKI, 24 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə razılaşma əldə etmək istədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Niderlandda keçiriləcək NATO sammitinə gedən təyyarədə jurnalistlərə açıqlama verib.

“Mən bu məsələyə baxacağam. Amma Rusiya ilə razılaşma əldə etmək istərdim. Bildiyiniz kimi, Rusiya Prezidenti Vladimir Putin mənə zəng edib və soruşdu: "İran məsələsində sizə yardım edə bilərəmmi?" Mən isə cavab verdim: "Xeyr, mənə İranla bağlı kömək lazım deyil. Mənə sizinlə – Rusiya ilə bağlı dəstək lazımdır". Ümid edirəm ki, Rusiya ilə anlaşma əldə edə biləcəyik”, – Tramp qeyd edib.

Seçilən
59
20
teleqraf.com

10Mənbələr