Neftçi” Ervin Koffi ilə başa çatan müqaviləni yeniləməyib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı cinah müdafiəçisindən öncə bu yay Bakı klubunu daha 11 futbolçu - Filip Ozobiç, Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo və Dembo Darbo da tərk edib.
Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.