AZ

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutub

Ajans.az xəbər verir ki, Kapital Bank bu əhəmiyyətli modernizasiya layihəsinin əsas maliyyə tərəfdaşlarından biri kimi çıxış edib. 2024-cü ilin yanvar ayında Kapital Bank və Azərenerji ASC arasında imzalanan maliyyələşmə müqaviləsi çərçivəsində Mingəçevir şəhərində yerləşən elektrik stansiyasının istehsal gücünün  artırılması və enerji səmərəliliyinin yüksəldilməsi məqsədilə kredit ayrılıb. Ayrılan vəsait hesabına Çin və İtaliyanın qabaqcıl şirkətlərindən yüksək texnologiyalı buxar generatorları və qaz turbinləri alınıb.   Həyata keçirilən bu modernizasiya təşəbbüsü yalnız enerji səmərəliliyinin artırılması deyil həmçinin ətraf mühitin mühafizəsi, karbon emissiyalarının azaldılması və regionun enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bununla da ölkəmizin Paris Konvensiyası üzrə götürdüyü 2,1 milyondan çox karbon emissiyalarının azaldılması və digər beynəlxalq öhdəliklərə ciddi töhfə veriləcəkdir. Qeyd edək ki, Kapital Bank regionların sosial-iqtisadi inkişafına uzunmüddətli və sistemli şəkildə töhfə verir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur və bərpa layihələrinin maliyyələşdirilməsində fəal iştirak edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az    saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Seçilən
11
24
Ajans.az

10Mənbələr