AZ

DİN-dən vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış

İyunun 24-də vətəndaşların bank kartlarından 3058, 400, 393, 268, 250, 25 manat pul vəsaitləri kiber üsulla oğurlanıb.

Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və birdəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.

Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır.

P.ƏMİRCANOV
XQ

 

Seçilən
0
17
xalqqazeti.az

10Mənbələr