AZ

May ayında Türkiyədən Fransaya polad ixracı 21 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Fransaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz artaraq, 21 milyon 753 min 73 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Fransaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 101 milyon 855 min 5 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 6 milyard 832 milyon 941 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1 milyard 504 milyon 857 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3,6 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 16 milyard 372 milyon 120 min dollar məbləğində polad ixrac edib.

Seçilən
6
24
turkic.world

10Mənbələr