AZ

Gələn həftədən məktəbli formaları ucuzlaşacaq

Bakı Tikiş Evi (BTE) iyulun 1-dən etibarən məktəbli formalarının qiymətini 25 faizə qədər endirəcək.

Far.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a BTE-nin şöbə müdiri Etibar Əzimov bildirib.

Onun sözlərinə görə, qiymətlərin aşağı salınması barədə qərar ucuz satılan saxta məktəbli formaları ilə rəqabətdə uduzmamaq üçün qəbul olunub.

Şöbə müdiri bildirib ki, BTE-nin məhsullarının keyfiyyətli materialdan istehsal edilməsinə baxmayaraq, ucuz qiymətə satılan saxta məktəbli formalarına da tələbat müşahidə olunur. Buna görə də endirimlə bağlı qərar qüvvəyə minib və iyulun 1-dən etibarən məktəbli formaları yeni qiymətlə satışa çıxarılacaq.

E.Əzimov söyləyib ki, məktəbli formalarının yeni endirimli satış qiymətləri bu günlərdə müəyyənləşdiriləcək. O qeyd edib ki, yeni qiymətlər bütün geyimlərə şamil ediləcək.

Seçilən
6
21
far.az

10Mənbələr