PSJ-nin baş məşqçisi Luis Enrike ABŞ-da keçirilən 2025-ci FIFA Klub Dünya Kubokunda oyunların keçirilmə şəraitinə toxunub.
Arena.az “Culture PSG” dərgisinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Məni meydanın vəziyyəti narahat edir. Mən bu haqda qələbə qazanmağımıza (“Sietl Saunders”, 2:0) rəğmən deyirəm. Meydanın vəziyyəti Avropadakı meydanların vəziyyətindən uzaqdır. Hər şey qaydasındadır, amma top dovşan kimi atılıb-düşür.
Belə ki, əvvəllər bu, süni meydan örtüyü olub, indi isə örtük təbiidir, onu əllə sulamaq lazım gəlir. Onlar bunun fasilədə etdilər, on dəqiqədən sonra isə örtük qurudu. Bu, aşkar bir fəsaddır və bəraət məsələsi deyil. FIFA müvafiq vəziyyəti həqiqətən diqqətə almalıdır.
Mən ancaq stadionlar haqda danışmıram, bunu elə, məşq meydançaları haqda da deyirəm. Ən yaxşı dünya yarışlarında… NBA meydançasını dəlmə-deşiklərlə təsəvvür edə bilmirəm. Biz elə stadionlarda oynayırıq ki, top daha çox dovşana bənzəyir. Mən həqiqətən hesab edirəm ki, bu vəziyyəti dəyişmək gərəkdir.
Oyunlardan sonra mən bir xüsus barəsində düşünürəm: biz öz işimizi görməliyik, mənsə isə biz bu oyunları layiqincə qazanmışıq. Mən razıyam – səfərdə oynamaq ağırdır. Demək istəyirəm ki, buradakı ot örtüyünün vəziyyəti heç də Avropadakı kimi deyil. Bizim cəhd etdiyimiz o hərəkiliyi və ötürmələrlə oyunu nümayiş etdirmək çətindir, amma şadam ki, biz qrupdan birinci yerlə çıxıdıq, indi isə növbəti rəqibimiz haqda düşünürük”, deyə Luis Enrike bildirib.
Xatırladaq ki, PSJ klublararası dünya çempionatına “B” qrupunda Madrid “Atletiko”sunu 4:0 hesabı ilə məğlub etməklə başlayıb. 2-ci turda “Botafoqo” Fransa nəhəngini məğlub edib – 1:0. 3-cü turda isə Paris klubu “Sietl Saunders” üzərində 2:0 hesablı qələbə ilə qrup birinciliyini təmin edib və 1/8 final mərhələsinə çıxıb.
“B” qrupunun yekun yarış cədvəli belə mənzərə yaradır:
- PSJ – 6 xal;
- “Botafoqo” – 6 xal;
- “Atletiko” – 6 xal;
- “Sietl Saunders” – 0.
PSJ 1/8 finalda Potuqaliya nəhəngi “Benfika” ilə qarşılaşacaq. “Botafoqo” isə Almaniya nəhəngi “Bayern”lə üzləşəcək.