BAKI. 26 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp korrupsiyada ittiham olunan İsrail Baş naziri Binyamin Netanyahuya qarşı məhkəmənin ləğv edilməsinə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, özünün “Social Truth” hesabında yazıb.
Tramp İsrail Baş nazirini “döyüşçü”, “inadkar və səriştəli” lider, həmçinin İsrailə “sevgisində daha yaxşı, daha iti və daha güclü ola bilməyəcək” bir insan adlandırıb. O, İsrailin “tarixinin ən böyük anlarından birini” yaşadığını vurğulayıb və “böyük baş nazirə” qarşı məhkəmənin “siyasi motivli cadugər ovunu” təmsil etdiyini bildirib.
"Bu, İsrailin fəaliyyətdə olan Baş nazirinin müttəhim kürsüsündə oturduğu ilk haldır. O, daha yaxşısına layiqdir, İsrail də həmçinin. Netanyahuya qarşı məhkəmə dərhal ləğv edilməli və ya dövlət üçün bu qədər çox iş görmüş böyük qəhrəman kimi ona əfv verilməlidir. Bu cür saxta "ədalət"ə yol vermək olmaz!", - Tramp yazıb.