AZ

Dollar ucuzlaşır, qızıl bahalaşır

Qızılın qiyməti dolların zəifləməsi ilə əlaqədar olaraq yüksəlib. İnvestorlar İsrail-İran gərginliyinin müharibəyə çevrilməyəcəyini və FED-in faiz dərəcəsi yolunda daha çox əminlik gözləyirlər.

Marja xəbər verir ki, qızıl, zəifləyən dollardan faydalanaraq Çərşənbə günü bir qədər yüksək qiymət ilə bağlandıqdan sonra Bakı vaxtı ilə saat 11:50-də 0,5% bahalaşma ilə 3347 dollara ticarət olunub. Dollar İndeksi də 0,5% azalaraq 97.253-ə düşüb. Zəif dollar qızılı bir çox alıcılar üçün ucuzlaşdırır. Digər qiymətli metallarda da artım müşahidə olunub. Palladium 5 faizdən çox bahalaşdıqdan sonra qazanclarının bir hissəsini geri qaytarıb, platin isə 3 faiz artaraq on ilin ən yüksək səviyyəsinə çatıb.

ABŞ prezidenti Donald Tramp ABŞ və İran rəsmilərinin gələn həftə görüşəcəyini və İsraillə Tehran arasındakı münaqişənin faktiki olaraq bitdiyini deyib.

FED sədri Jerome Powell, mərkəzi bankın hələ də Trampın tarif siyasətinin istehlak qiymətlərinə təsirini müəyyən etmək üçün mübarizə apardığını söyləyib. İnflyasiyanın aşağı səviyyədə qaldığına dair işarələr mərkəzi bankı gözləniləndən tez pul siyasətini yumşaltmağa sövq edə bilər ki, bu da faiz gəliri qazandırmayan qızıl üçün müsbət olacaqdır.

FED-in faiz dərəcələrini aşağı endirməməsindən əsəbiləşən Trampın sentyabr və ya oktyabr aylarında FED sədri Cerom Pauellin (Jerome Powell) yerinə bir nəfər təyin etməyi düşündüyü bildirilir.

Seçilən
69
19
marja.az

10Mənbələr