AZ

Ramin Məmmədov Almaniyanın Dini Azadlıq üzrə komissarı ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Dini Azadlıq üzrə Komissarı Tomas Raxel ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı iki ölkə arasında dinlərarası dialoq və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Komitə sədri Azərbaycanda dövlət-din münasibətləri, dini tolerantlıq və multikulturalizm ənənələri barədə ətraflı məlumat verib.

O, Azərbaycanın müxtəlif dinlərin və etnik qrupların sülh şəraitində birgəyaşayışına önəm verdiyini vurğulayıb və bu sahədə dövlət siyasətinin əsas istiqamətləri haqqında danışıb.

R.Məmmədov bildirib ki, Azərbaycan vicdan azadlığının və multikultural mühitin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin, eləcə də tarixi-dini abidələrin bərpasına və qorunmasına xüsusi diqqət və həssaslıqla yanaşır.

Almaniyanın Dini Azadlıq üzrə Komissarı Tomas Raxel Azərbaycanda dini müxtəlifliyə və dinlərarası harmoniyaya göstərilən diqqətin yüksək qiymətləndirildiyini bildirib.

O, Almaniya ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində hər iki ölkənin maraqlı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
10
6
report.az

8Mənbələr