AZ

Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir Ermənistan XİN

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar dalana dirənməyib, dialoq davam edir".

525.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə bildirib.

"Mən prosesin dalana dirəndiyini hesab etmirəm, çünki belə bir qiymətləndirmə üçün heç bir müzakirənin olmadığı vəziyyət lazımdır, müzakirələr isə davam edir", - o qeyd edib.

V.Kostanyan iki ölkənin nümayəndələrinin tezliklə sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəyinə ümidvar olduğunu bildirib (“Report”).

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
50
525.az

10Mənbələr