AZ

Pentaqon 15 ildir İrana hücuma hazırlaşırmış

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-nin İrana hücumu  Amerika hərbçilərinin çoxillik hazırlıqlarının nəticəsidir.

"Unikal" xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn deyib. 

"Gecəyarısı İrana qarşı əməliyyatımız 15 illik inanılmaz işin kulminasiya nöqtəsi idi",- deyə general ifadə edib. 

Onun sözlərinə görə, əməliyyat pilotların, tanker ekipajlarının, silah mütəxəssislərinin və onu yaradanların birgə səyləri nəticəsində mümkün olub.

O qeyd edib ki, İranın Fordodakı nüvə obyektinə endirilən zərbə diqqətlə hesablanıb.

İranın ali dini lideri Ayətullah Əli Xamenei daha əvvəl ABŞ prezidenti Donald Trampın ölkənin nüvə obyektlərinə zərbə endirmək qərarına gəlməsindən sonra Tehranın ABŞ ilə qarşıdurmada qalib gəldiyini bildirib.  ABŞ isə bunun əkisini ifadə edib. 

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
4
unikal.az

10Mənbələr