ain.az, Azertag portalına istinadən məlumat yayır.
Tbilisi, 27 iyun, AZƏRTAC
Ermənistan baş nazirinin göstərişi ilə Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının arxiyepiskopu Mikayıl Ajapaxyana qarşı aparılan cinayət işi əsasında araşdırmalara başlanılıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti Şirak Yeparxiyasında araşdırma aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə arxiyepiskopun vəkili Mihran Poqosyan məlumat yayıb.
Onun sözlərinə görə, Xidmətin 30 maskalı əməkdaşı Şirak Yeparxiyasının qərargahına basqın edib. Hazırda Yeparxiyada axtarış aparılır.
Qeyd edək ki, baş nazir kilsə rəhbərliyini hakimiyyəti zorla devirməkdə ittiham edib. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsi üzrə (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtinaya və ya konstitusiya quruluşunu zorla devirməyə açıq çağırışlar) cinayət işi başlanıb.
Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə” Hərəkatının lideri və tərəfdarları Ermənistanda dövlət çevrilişinə və terror aktlarına cəhddə ittiham olunur. İyunun 26-da bu ittihamlarla onlara qarşı cinayət işi açılıb, Baqrat Qalstanyan da daxil olmaqla, 20-dən çox şəxs həbs olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.