AZ

Azərbaycan millisi liderliyi ələ alıb

ain.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kadetlər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi ümumi sıralamada liderliyi ələ alıb.

News24.az xəbər verir ki, yarışın ilk günündə idmançılarımız üç qızıl, bir gümüş və iki bürünc medal qazanıblar.

Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) çempion olublar, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə bürünc mükafata sahib çıxıblar.

Türkiyə (1-2-0) ümumi hesabda ikincidir, ilk üçlüyü isə Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən idmançılar tamamlayırlar (1-0-3).

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
50
news24.az

10Mənbələr