Ermənistanda dövlət çevrilişinə cəhdlə bağlı həbslər fonunda Şirak yeparxiyasının başçısı – arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına 30-a yaxın maskalı şəxs basqın edib.
Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Bundan əvvəl Ermənistanın Apostol kilsəsinin Şirak yeparxiyasının rəhbərinə qarşı ölkənin Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə (İctimai şəkildə hakimiyyətin qəsb edilməsinə, ərazi bütövlüyünün pozulmasına, suverenlikdən imtinaya və ya konstitusiya quruluşunun zorakı yolla devrilməsinə çağırışlar) cinayət işi açılmışdı.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanda hakimiyyəti zorakılıq yolu ilə ələ keçirmək cəhdi və terror planlaşdırmaq ittihamları üzrə “Müqəddəs Mübarizə” hərəkatının üzvləri, o cümlədən, rəhbəri Baqrat Qalstanyan həbs olunmuşdu.