Türkiyə və Ermənistan rəsmiləri arasında bu gün İstanbulda diqqətçəkən görüş keçirilib.
Musavat.com xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur naziri Qnel Sanosyanla görüşüb.
Görüş zamanı tərəflər mümkün enerji əməkdaşlığı istiqamətində fikir mübadiləsi aparıblar. Bayraktar sosial şəbəkə hesabında görüş barədə paylaşım edərək bildirib ki, əsas müzakirə mövzusu Türkiyə və Ermənistan arasında enerji sahəsində mümkün tərəfdaşlıq olub.
Eyni mövzu Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinin rəsmi məlumatında da qeyd olunub. Bildirilib ki, tərəflər enerji sahəsində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə ilkin təmaslar həyata keçiriblər.
Qeyd edək ki, İstanbul görüşü ilə eyni vaxtda Ermənistanın daxilində, xüsusən də Eçmiədzin bölgəsində ictimai-siyasi gərginlik müşahidə olunur. Keşişlərlə Paşinyan hökumətinin toqquşması, revanşistlərin fəallaşması olduqca ilginc durumu ortaya çıxarmış oldu.
Ermənistan mərhələ xarakterli bir dönəmdən keçir...
Musavat.com