"Napoli" qapıçı Aleks Meret ilə müqavilə yeniləyib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
28 yaşlı italiyalı 2018-ci ildən bu klubda çıxış edir.
Qapıçı Neapol təmsilçisinin heyətində 212 oyun keçirib, 73 dəfə qapısını təmiz saxlayıb. Meret "Napoli" ilə iki dəfə İtaliya çempionu, bir dəfə İtaliya kubokunun qalibi olub.