DİN əməkdaşları tərəfindən növbəti əməliyyat tədbirləri zamanı qanunsuz silah-sursat aşkarlanıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.
Yenisabah.az xəbər verir ki, 27 iyun 2025-ci il tarixində keçirilən tədbirlər zamanı polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silah, 3 tapança, 8 qumbara, 5 alışdırıcı, 10 tüfəng, 17 patron darağı və 654 ədəd müxtəlif çaplı patron aşkar edərək qanunsuz dövriyyədən çıxarıblar.
Daxili İşlər Nazirliyi tərəfindən bu istiqamətdə əməliyyat-profilaktik tədbirlərin davam etdiriləcəyi bildirilir.
Rəvan Rzazadə
Telegram kanalımız