ain.az, Bizimyol portalına istinadən məlumat verir.
İran beynəlxalq uçuşlar üçün ölkənin mərkəzi və qərb hissəsinin bir hissəsi üzərində hava məkanını açıb.
Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyinin sözçüsü Məcid Axvan məlumat verib.
Onun sözlərinə görə, Mülki Aviasiya Təşkilatının Koordinasiya Komitəsinin qərarına əsasən və mövcud şəraitdə təhlükəsizlik məqsədi ilə ölkənin şərq hissəsinin daxili, beynəlxalq, həmçinin tranzit uçuşlar üçün istifadə olunan hava məkanı ilə yanaşı, ölkənin mərkəzi, eləcə də qərb bölgələrinin bir hissəsinin hava məkanı yalnız beynəlxalq və tranzit reyslər üçün açılıb.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.