AZ

Paşinyan sessiyada iştirak edəcək, suallara cavab verəcək

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

AŞPA prezidenti Teodor Russopulos Ermənistan hakimiyyətinin məhkəmə işlərinə birbaşa müdaxiləsi, eləcə də din xadimləri və müxalifət nümayəndələrinin həbsi məsələsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, Russopulos Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın sonu və ya oktyabrın əvvəlində AŞPA sessiyasında iştirak edəcəyini bildirib.

“Sessiya çərçivəsində Paşinyana çıxış etmək və ünvanlanan suallara cavab vermək imkanı yaradılacaq. Əminəm ki, siz Ermənistanla bağlı AŞPA-nın qərar və hesabatları ilə artıq tanışsınız. Mən Assambleyada deyilənlərə əlavə nəsə demək istəmirəm. Yeganə xəbər odur ki, Paşinyan növbəti sessiyada iştirak edəcək və suallarınızı cavablandıracaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
39
axar.az

10Mənbələr