ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yekaterinburq şəhərində Omon və FSB tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətl hadisəsi Rusiyanın terror dövləti olmasını bir daha təsdiq elədi. Biz hələ ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin vurulması və baş vermiş faciənin şokundan özümüzə gəlməmiş Rusiyadan azərbaycanlılara qarşı növbəti vəhşiliyin şahidi olduq.Yekaterinburq şəhərində soydaşlarımızın qətlə yetirilməsi heç şübhəsiz ki, özfəaliyyət deyil. Bu, hadisə Rusiyada diskriminasiya, şovinizm və islamofobiya dövlət siyasəti səviyyəsinə yüksəlib və bütün bunların arxasında bilavasitə Prezident Vladimir Putin dayanır. Azərbaycanlıların ölüm əmrinin də məhz ondan gəldiyinə şübhə etmirik.Rusiya telekanalları bu hadisəni malalamağa, soydaşlarımızım qətlini ört basdır etməyə çalışırlar. Ancaq hər kəsə aydındır ki, soydaşlarımızın qətli Kreml rəhbərinin iradəsindən kənar mümkün deyil. Putin dünyada bir sıra qətllərin sifarişçisi kimi tanınır, onun adı bir neçə müxalifət liderlərinin qətlində hallanır. Görünən odur ki, Kreml rəhbəri insan ölümündən həzz alır. Əgər bu belə olmasaydı Putin bir milyondan çox rus əsgərinin və bir milyondan çox ukraynalı hərbçinin ölümündə əsas pay sahib olmazdı.Ukrayna xalqına qarşı davam edən vəhşilik, bu ölkənin dinc əhalisinin, mülki obyektlərinin, xüsusən də xəstəxanaların hədəfə alınması Rusiyanın terror mahiyyətli dövlət olduğuna, dair düşüncələri möhkəmləndirir.Yekaterinburqda baş vermiş qətl hadisəsindən sonra rəsmi Bakı hadisəyə səssiz qalmadı və Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı. Bu onu göstərir ki, rəsmi Bakı qətl hadisəsinin arxasında siyasi motivlərin durduğunu ehtimal edir. Bundan əlavə, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu ay Bakıya nəzərdə tutulan səfəri də ləğv olundu. Bildirildi ki, Azərbaycan dövləti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.Bütün bunların fonunda birmənalı olaraq, qeyd etmək olar ki, Azərbaycan dövlətini təkcə ölkəmizdə yaşayan vətəndaşların yox, bütün dünyada yaşayan azərbaycanlıların taleyi maraqlandırır və hər zaman onların haqlarını müdafiə etməyə qadirdir.Ümid edirik ki, bütün dünyanı özünə düşmən edən Kreml nəhayət ayıq başla düşünərək Azərbaycan kimi strateji tərəfdaşı itirməmək üçün davranışlarına çəki-düzən verəcək. Əks halda, bunun ziyanı Moskvaya daha çox dəyəcək.Daşqın HəsənovMissiya.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.