"Karvan" müdafiəçi Müşviq Teymurov ilə yollarını ayırıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Onunla başa çatan müqavilə yenilənməyib.
Yevlax futbol məktəbinin yetirməsi olan Teymurov son iki mövsüm "Karvan"da 45 oyun keçirib və “Karvan”ın kapitanlarından olub.