AZ

“Turan Tovuz” Ankarada və Boluda hazırlıq keçəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə hazırlaşan “Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda iyulun 1-də “Hünər” təlim-məşq bazasında çalışmalara start verəcək. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq Tovuz təmsilçisi iyulun 19-dək məşqlərini burada davam etdirəcək. Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq komandanın Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.

“Turan Tovuz”un rəqiblərinin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

Seçilən
8
18
arena.az

10Mənbələr