AZ

Ərdoğan: Pakistanın yanındayıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanda baş verən terror aktını kəskin şəkildə pisləyib.

"Pakistana qarşı dünən həyata keçirilən mənfur terror hücumunu lənətləyirəm. Hücum nəticəsində həyatını itirən pakistanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm", – deyə Ərdoğan özünün rəsmi hesabında paylaşım edib.

O, Pakistan xalqına və hökumətinə başsağlığı verərək, Türkiyənin hər zaman olduğu kimi, bu çətin günlərdə də dost və qardaş Pakistanın yanında olduğunu vurğulayıb.

“Türkiyə olaraq hər zaman və hər sahədə olduğu kimi, terrorla mübarizədə də qədim dostumuz Pakistana dəstəyimizi davam etdirəcək, sevincli günlərində olduğu kimi, kədərli günlərində də qardaşlarımızın yanında olmağa davam edəcəyik”, – Prezident qeyd edib.

Seçilən
51
17
operativmedia.az

10Mənbələr