BAKI, 29 iyun. TELEQRAF
Füzuli rayonu, Kərimbəyli kəndində suvarma kanalında batan şəxsin axtarışları davam edir.
FHN-dən Teleqraf-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda dalğıc-xilasedicilər tərəfindən batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.