AZ

Makron erməni demokratiyasını pozmaq cəhdlərinə qarşı mübarizədə Ermənistan hökuməti ilə həmrəyliyini bildirdi...

Yazını böyüt
Yazını kiçilt

Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbəti zamanı mühüm mesajlar verib. Dövlət başçısı bir qədər öncə N.Paşinyanla telefon danışığından sonra sosial şəbəkədəki statusunda bəyan edib ki, Fransa Ermənistan hökumətini dəstəkləyir və ölkədə demokratiyanın pozulmasına yönələn cəhdlərə qarşı mübarizədə onun yanındadır.

Hafta.az xəbər verir ki, bu haqda ter.am məlumat yayıb.

“Mən Paşinyana məlumat verdim ki, Fransa erməni demokratiyasını pozmaq cəhdlərinə qarşı mübarizədə Ermənistan hökuməti ilə həmrəydir”, – deyə Makron qeyd edib.

Fransa lideri, həmçinin Azərbaycanla sülhə nail olunması və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində Ermənistanın atdığı addımları yüksək qiymətləndirib:

“Onun Azərbaycanla sülhə nail olmaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün göstərdiyi cəsarətli səyləri dəstəklədiyimizi bir daha təsdiqlədim”.

Makron əlavə edib ki, regionda sülhün bərqərar olunması və sərhədlərin açılması bütün Cənubi Qafqaz üçün müsbət nəticələr doğuracaq:

“Sülh və açıq sərhədlər bütün region üçün mühüm hadisə və başqaları üçün nümunə olacaq”.

Xatırladaq ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Ermənistan-Fransa ikitərəfli, regional və beynəlxalq gündəliyə aid məsələlər müzakirə edilib. Ermənistanın baş naziri Fransa prezidentinə əlaqələrin inkişafına verdiyi şəxsi töhfəyə görə təşəkkür edib.

Seçilən
0
10
hafta.az

10Mənbələr