İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 88 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
"Son 24 saat ərzində Qəzza zolağında 88 nəfərin cəsədi təhvil verilib. Həmçinin 365 yaralı xəstəxanalara çatdırılıb", - deyə, məlumatda qeyd olunur.
Qeyd edək ki, Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında qızışmasından bu yana qurbanların ümumi sayı 56 500 nəfərdir, 133 419 nəfər yaralanıb.