AZ

Lionel Messi: “Parisdə məni bircə gün belə, qane etmirdi”

“İnter Mayami”nin 40 yaşlı argentinalı ulduzu və kapitanı, veteran hücumçu Lionel Messi keçmiş klubu PSJ haqda yenə mənfi ruhda danışıb.

Arena.az “El Nacional” dərgisinə istinadən, Messinin müvafiq açıqlamasını təqdim edir:

“Bu, mənim zövq almadığım, gündəlik həyatda xoşbəxt olmadığımı iki il idi. Bu, mənin üçün yaxşı vaxt deyildi. Məni bir gün belə, qane etmirdi – nə məşqlər, nə də oyunlar. Mənə, uyğunlaşmaq çox çətin idi.

Qəbul elə, əvvəlcədən isti idi. Amma sonra adamlar mənə fərqli yanaşmağa başladılar – Parisdəki ictimaiyyətin bir hissəsi. Azarkeşlərin böyük bir hissəsi ilə uçurum yarandı, bu isə əlbəttə, mənim məqsədim deyildi. Hər şey belə alındı, elə, daha əvvəl Kilian Mbappe və Neymarla olduğu kimi. Mən bilirəm ki, bu, onların davranış tərzidir”, deyə “Leo” vurğulayıb.

Xatırladaq ki, Lionel Messi 2021-2023-cü illərdə PSJ-də çxış edib. Argentinalı ulduz “Barselona”dan azad agent qismində Paris klubuna qoşulmuşdu. “Leo” Fransa nəhəngi üçün 75 oyun keçirib, 32 qol və 35 məhsuldar ötürmə ilə fərqlənib. Messi PSJ ilə Fransa Liqa 1-in (2 dəfə) və Fransa Super Kubokunun qalibi olub.

PSJ-dən azad agent qismində ayrılıb “İnter Mayami”yə qoşulduqdan sonra isə Messi hər söhbətində PSJ-dən giley-güzar etməsi, Parisdəki həyatından şikayətləri ilə diqqət çəkir. Bu məqam isə fransızlar tərəfindən xoş qarşılanmır. Əlavə edək ki, PSJ-dəki keçmiş komanda yoldaşlarından bəziləri də “Leo”ya münasibətdə futbolçunun “adam olmadığına” eyham vurublar. Məsələn, Neymar müvafiq eyhamı ilə diqqət çəkmişdi.

Əlavə edək ki, Messinin, keçmiş klub haqda mənfi çalarlala verdiyi sonucu müsabisənin 2025-ci il FIFA Klub Dünya Kubokunun PSJ ilə 1/8 final oyununu ərəfəsidə ictimailəşdirilməsi birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Messi bu gün, iyunun 29-da keçmiş klubu PSJ-yə qarşı oynamaq imkanı əldə edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Seçilən
16
50
arena.az

10Mənbələr