AZ

Tünzalə Ağayeva: Yekaterinburqda azərbaycanlı ailəsinə qarşı törədilən vandalizm cinayətin özüdür

Xalq artisti Tünzalə Ağayeva Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən vəhşilik hallarını pisləyib.

İki sahil” xəbər verir ki, o, hadisə ilə bağlı mövqeyini mövqeyini şəxsi “İnstagram” hesabında paylaşıb.

“Yekaterinburq şəhərində azərbaycanlı ailəsinə qarşı törədilən vandalizm, vəhşilik elə cinayətin özüdür. Cinayət axtarışı adı altında edilən bu məqsədyönlü əməl ağlasığmazdır. Hər birimiz böyük sarsıntı içərisindəyik. Həlak olanlarımıza Allahdan rəhmət diləyirəm, Səfərovlar ailəsinə baş sağlığı verirəm. Bir vətəndaş kimi əlbəttə ki, bu əməli çox pisliyirəm. Cinayətkarlar qanun qarşısında cavab versinlər. Son dövrlərdə təyyarəmizin vurulması və bu hadisə bir daha bizə qonşumuzun dırnaq içərisində bizə olan mübasibətini göstərir”, - Tünzalə Ağayeva qeyd edib.

Seçilən
6
50
ikisahil.az

10Mənbələr