AZ

Seyfəddin Hüseynli: “Yekaterinburqda öldürülən qardaşlarımın nəşinin sabah gətiriləcəyi gözlənilir”

“Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu ilə əlaqə saxlayarıq. Deyilənə görə, sabah, yəni iyunun 30-u hər iki qardaşımın — Hüseyn və Ziyəddin Səfərovların nəşi Azərbaycana gətirilməlidir”.

Bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli məlumat verib.

“Dəqiq vaxt bilinmir. Reys və uçuş saatı barədə konsulluqdan xəbər gözləyirik”, - o əlavə edib.

Seçilən
3
50
apa.az

10Mənbələr