“Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu ilə əlaqə saxlayarıq. Deyilənə görə, sabah, yəni iyunun 30-u hər iki qardaşımın — Hüseyn və Ziyəddin Səfərovların nəşi Azərbaycana gətirilməlidir”.
Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, ədəbiyyatşünas Seyfəddin Hüseynli məlumat verib.
“Dəqiq vaxt bilinmir. Reys və uçuş saatı barədə konsulluqdan xəbər gözləyirik”, – o əlavə edib.