AZ

Müğənni Tünzalə milli məsələdən danışdı: “Yekaterinburqda azərbaycanlı ailəsinə qarşı törədilən vandalizm…” 

Xəbər verildiyi kimi, Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində soydaşlarımız qətlə yetirilib, onlarla insan saxlanılıb.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı Xalq artisti Tünzalə Ağayeva şəxsi “Instagram” hesabında mövqeyini paylaşıb:

“Yekaterinburq şəhərində azərbaycanlı ailəsinə qarşı törədilən vandalizm, vəhşilik elə cinayətin özüdür. Cinayət axtarışı adı altında edilən bu məqsədyönlü əməl ağlasığmazdır. Hər birimiz böyük sarsıntı içərisindəyik.

Həlak olanlarımıza Allahdan rəhmət diləyirəm, Səfərovlar ailəsinə başsağlığı verirəm. Bir vətəndaş kimi əlbəttə ki, bu əməli çox pisləyirəm. Cinayətkarlar qanun qarşısında cavab versinlər.

Son dövrlərdə təyyarəmizin vurulması və bu hadisə bir daha bizə qonşumuzun dırnaq içərisində bizə olan mübasibətini göstərir. Təəssüf ki, biz qonşunu dəyişə bilmirik, amma dəyişəcəyimiz bir çox şey var.

Ölkəmizdə çox sayda xalqlar, millətlər yaşıyır. Biz hər birinə böyük sevgi, mərhəmət, hörmət və sayğı ilə yanaşırıq. Amma ilk növbədə özümüzü tutmalıyıq. Dilimizi, incəsənətimizi, mədəniyyətimizi ən öndə tutaq. Bir-birimizi daha çox sevək”.

 

Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr