AZ

Sabir Rüstəmxanlı: Tarix boyu Rusiyanın azərbaycanlılara qarşı bu cür vəhşiliklərini görmüşük

Rusiyada azərbaycanlılara qarşı törədilən hadisə dövlət tərəfindən törədilən cinayətdir.

Aznews.az xəbər verir ki, bunu açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, bu hadisə dövlət çətiri altında gizlənmiş və yaxud gizlədilmiş quldur dəstələri tərəfindən törədilib:

"Rusiya rəsmiləri bu adamları cəzalandırmaq əvəzinə, “araşdırılır” kimi mənasız ifadələrdən istifadə edirlər. Bu, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törədilən vəhşilikdir. Əgər insanın günahı və yaxud hər hansı cinayəti varsa, bu qanuna uyğun yolla cəzalandırılmalıdır.

Heç kimə haqq verilmir ki, insanı ailəsinin gözünün qarşısında öldürəsən. Bunun bir adı var - o da vəhşilik".

S.Rüstəmxanlının sözlərinə görə, tarix boyu Rusiyanın bu cür vəhşiliklərini görmüşük:

"Tarixdə Çar Rusiyasında, SSRİ Rusiyasında bu cür hadisələr, qətliamlar olub. Başqa xalqlara qarşı dözümsüzlük, nifrət, əsasən türk və müsəlman xalqlarına bu cür hadisələr törədilib. Bunu nə qədər gizlətməyə çalışsalar da, mümkün deyil. İndi də Rusiyada vətəndaşlıq alan, orada doğulan azərbaycanlıları məcburi ilə olaraq Ukrayna ilə müharibəyə göndərirlər. İnsanlar döyüşmək istəmir, lakin məcbur edirlər.

Rusiya və Ukrayna qardaş xalqlardır. Bir müddət sonra barışacaqlar. Niyə axı iki qardaşın arasında olan şeyə azərbaycanlıları qatırlar. Ukrayna cəbhəsində xeyli azərbaycanlı var, oranı müdafiə edirlər, Rusiya cəbhəsində azərbaycanlılar məcburi şəkildə müharibəyə göndərilir. Bizim milləti bir-birinə qarşı, üz-üzə qoyurlar.

Ümumiyyətlə Rusiyanın bu cür siyasəti bizi təəccübləndirməməlidir. Biz onların əməllərini 1990-cı ildə görmüşük. SSRİ-nin bütün ordu növləri azərbaycanlı dinc əhaliyə qarşı gəlib. O vaxt da bu, Rusiyanın siyasəti idi. O vaxt hamımız SSRİ vətəndaşı idik. Həmin vaxt da bu cür amansız hadisələri öz vətəndaşlarına qarşı törətdilər".

Seçilən
1
50
aznews.az

10Mənbələr