AZ

Azərbaycan–Rusiya münasibətlərində böyük qırılma: Yeni soyuq müharibəmi?

"Rusiyanın Azərbaycana qarşı siyasi diversiyasının səbəbləri bunlardır:

12 günlük İsrail-İran hərbi eskalasiyası dövründə "Azərbaycan Təbrizi müdafiə etmir" kimi tirajlanan tezis əslində Rusiya siyasi mətbəxində hazırlanmış informasiya və təbliğat strategiyası idi. Bu tezisin məqsədi həm Azərbaycan, həm də Rusiya ictimai rəyində Azərbaycan əleyhinə münasibəti qızışdırmaq, Bakının planı ilə formalaşacaq istənilən əməkdaşlıq perspektivini zədələmək idi".

Musavat.com xəbər verir ki, bu barədə siyasi təhlilçi Aqşin Kərimov bildirib.

Siyasi təhlilçi qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında gələcək mövqelər uğrunda geosiyasi mübarizə intensivləşib:

"Bu məsələ Ermənistanı nüfuz dairəsinə salmaq istəyən Azərbaycanın sürətli bir proses başlaması ilə müşayiət olunur.

Burada 3 əsas amil var:

- Ermənistanda kilsə təliminə qarşı başlayan cəza üsulları Azərbaycan maraqları ilə uyğun formada inkişaf edir. Burada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin şefinin vəzifədən azad olunması, iş adamı Samvel Karapetyanın həbsinə dırnaqarası baxmamaq lazımdır,

- OMON-un azərbaycanlılara qarşı əməliyyatları Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısının alınmasından sonraya təsadüf etdi,

- Azərbaycan Zəngəzur dəhlizinə hüquqi təminatı daxili qayda kimi gücləndirmək üçün Naxçıvan Muxtar Respublikası üçün üçüncü tərəfin qarantiyasını nəzərdə tutan Moskva və Qars müqavilələrinə istinadı səhnədən yığışdırır.

Ona görə də Rusiya prezidenti Vladimir Putin və onun administrasiyası müxtəlif vasitələrlə, o cümlədən informasiya müharibəsi, siyasi təzyiq alətləri ilə Azərbaycana qarşı düşmənçilik ritorikasını artırır.

Putinin Ukraynada apardığı hərbi işğal kampaniyasından dolayı Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə mövqeləri zəifləyir.

Vladimir Putin mövqelərini qorumaq və gücləndirmək üçün sərt, qeyri-ənənəvi üsullara əl atmaqdan çəkinmir. Miqrantlara qarşı siyasətdə aqressiv mövqe sərgiləməsi, daxili auditoriyaya qarşı güc tətbiqi və region ölkələrinə qarşı manipulyativ yanaşması bu strategiyanın tərkib hissəsidir. Bu yanaşma Putinə özünün legitimliyini qorumaq vasitəsi kimi lazımdır. Bu əsnada, Azərbaycana nisbətdə "xarici düşmən" obrazını canlı saxlamaq Putin üçün faydalıdır".

Aqşin Kərimovun fikrincə, Azərbaycanla Rusiya arasındakı gərginliyin aradan qalxması üçün Moskvanın ilk təşəbbüs göstərən tərəf kimi çıxış edəcəyi gözlənilir:

"Buna baxmayaraq, Rusiyada azərbaycanlılara qarşı əməliyyatların genişlənməsi istisna edilmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
50
olaylar.az

10Mənbələr