AZ

Kremlin Azərbaycana “təşəkkürü” Yekaterinburq SİNDROMU

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bəzən elə suallar olur ki, cavabını hamı bilir, amma heç kim demək istəmir. Yekaterinburqda azərbaycanlıların evlərinə silahlı basqın, zorla polis şöbələrinə aparılma, sorğu-sualsız işgəncə və hətta ölüm halları sadəcə kriminal hadisə deyil.Demokrat.az xəbər verir ki, bu, sistemli bir mesajdır. Və bu mesajda ən böyük ünvan Azərbaycandır.Niyə məhz azərbaycanlılar?Rusiyada hər gün qətllər olur, cinayətlər baş verir, hüquq-mühafizə orqanlarının qəddarlığı günbəgün artır. Amma bu dəfə niyə xüsusi olaraq azərbaycanlılar seçilib?Bu, sadəcə kriminal istintaq deyil. Bu, etnik kodlu siyasi jestdir.Amma gəlin, bu günə təkcə bugünün gözü ilə baxmayaq.1990-cı ilin Qanlı Yanvarı – Sovet ordusunun Bakıya daxil olub, yüzlərlə dinc vətəndaşı qətlə yetirməsi.1992-ci ildə Xocalı soyqırımı – Rusiya ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə törədilən ən böyük vəhşiliklərdən biri.2024-cü ilin sonu – AZAL-ın Baku-Qroznı reysi ilə hərəkət edən sərnişin təyyarəsinin Rusiyada vurulması, günahsız insanların həyatına son qoyulması. Və 2025-ci ildə azərbaycanlı deputatın Rusiyaya buraxılmaması, guya “təhlükə” yaratdığına görə.Dövlət səviyyəsində hörmətsizlik və aşağılama aktı.Bu, sadəcə hadisələr zənciri deyil. Bu, bir sistemin zaman-zaman yenilənən versiyasıdır. Əvvəl adı sovet idi, indi isə postimperial Rusiya.Azərbaycan nə etdi?Azərbaycan bütün bunlara baxmayaraq, sanksiyalar dövründə Rusiyaya qarşı heç bir düşmən mövqedə dayanmadı. Ermənistan Roma statutuna qoşulduğu halda, Azərbaycan Moskvanın əleyhinə getmədi.Krem yaxşı bilir ki, Azərbaycanın demək olar ki, bütün məktəblərində rus dili tədris olunur, rus icması təhlükəsiz və rahat yaşayır.Amma cavab nə oldu?– Yekaterinburqda azərbaycanlılara qarşı işgəncə, ölüm və zorakılıq– Azərbaycan təyyarəsinin vurulması– Azərbaycan deputatının Rusiyaya buraxılmaması– Ermənistanın təbliğatının rus kanallarında yer alması– Sosial şəbəkələrdə Azərbaycana qarşı təhqiramiz yazılarKreml bütün bunları görmürSual isə sadədir: bu, tərəfdaş münasibətidir, yoxsa gizli düşmənçilik?Azərbaycan 2020-ci ildə 44 günlük Zəfərlə, 2023-cü ildə birgünlük antiterror əməliyyatı ilə göstərdi ki, artıq diktə altında yaşamır. Qarabağ və Şərqi Zəngəzurda yeni həyat başlayır, yeni iş yerləri açılır, qayıdış davam edir.Bu gün Rusiyadan geri dönən azərbaycanlılar üçün Vətən həm güclü, həm də ümidli görünür.Rusiyanın çayxanalardan ibarət “iş bazarı” onsuz da millətimizin əllərinə yaraşmır.Kreml bilməlidir: Azərbaycan artıq o Azərbaycan deyilİndi qorxmur, susmur, əmr qəbul etmir. Hər dəfə bu milləti əzməyə çalışanların hər addımı bumeranq kimi öz üzərinə qayıdır. Tarix bunu sübut edib, siyasət də sübut edəcək.Azərbaycan dövləti bu gün təmkinlə susursa, bu, qorxudan deyil. Bu, ölçülmüş və ağıllı səbrdir.Amma hər səbrin də bir həddi var.Kreml özünün “dostluq” anlayışını nəzərdən keçirməlidir. Və bilməlidir ki, Azərbaycan dövləti də, xalqı da cavab verməyi bacarır.Babək Göyüş, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
50
demokrat.az

10Mənbələr