AZ

Kreml, azərbaycanlılara qarşı vəhşiliyinə son qoy!

Rusiyada digər xalqlara qarşı nifrət, qeyri-insani münasibət dövlət səviyyəsində qorunur.

Son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin bariz nümunələridir.

Yekaterinburqda azərbaycanlılara qarşı soyqırım siyasətinin həyata keçirilməsi bunu aydın göstərir. Prodedin Kremldən idarə olunduğuna da şübhə yoxdur.
Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur.

Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-rusların bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bəzi məmurlar bu mövzuda özlərini qəhrəmanlaşdırmağa çalışırlar.

Azərbaycan hələ də mülki təyyarəsinin virulmasını unutmayıb, Rusiyanın bu məsələdə hərəkətsizliyi heç cür qəbul oluna bilməz. Azərbaycan təyyarə mövzusunu beynəlxalq müstəvidə inkişaf etdirəcək və məsələnin ədalətli həllinə, günahkarların cəzalandırılmasına, müvafiq kompsesasiyaların ödənilməsinə nail olacaq.

Bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusya ərazisinə buraxılmaması da bu ölkədə Azırbaycana qarşı formalaşdırılan münasibətin göstəricisidir.

Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhval ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır.

Mübaliğsiz, Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkikik, diskriminasiya və islamofobiya güclənir. Qərbə bütün istiamətlərdə uduzan, Ukrayna bataqlığına düşərək buradan çıxa bilməyən Rusiyada da digər düşmən axtarışına başlanılıb.

Putinin raşizm siyasətinə qarşı həmrəylik nümayiş etdirməliyik. Media, QHT sektoru imkanları daxilində bu hadisəni yerli və xarici ictimaiyyətə çatdırmaq, Rusiyanın Azərbaycandakı səfirliyinə etirazımızı bildirməliyik.

Kreml, azərbaycanlılara qarşı zorakılıq, vəhşilik və təzyiqə, qeyri - insani rəftara son qoy!

Cavid Şahverdiyev
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri

Seçilən
4
4
azreform.info

10Mənbələr