Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət hadisəsi, təhqiramiz ritorika və zorakı aksiyalar məqsədyönlü şəkildə həyata keçirilib.
Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Elçin Mirzəbəyli bildirib ki, hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər türk, müsəlman xalqların nümayəndələrinə qarşı aparılan şovinist, diskriminasiya və islamofob siyasət təsadüfi deyil. Bu siyasətin başında xüsuilə də dövlət başçısı Vladimir Putin olmaqla, hakim siyasi dairələr dayanır.
Millət vəkili vurğulayıb ki, Ermənistandaki kilsə-hökumət qarşıdurmasının da arxasında məhz Rusiya dayanır. Azərbaycanlılara qarşı Yekaterinburqda törədilən zorakılıqlar da Ermənistanda hökuməti devirməyə cəhd edənlərə dəstək və revanşıstləri daha da həvəsləndirmək məqsədi daşıyır.
O, qeyd edib ki, Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır. Əslində bu, əsrlər boyu müxtəlif xalqlara qarşı həyata keçirilən imperiya siyasətinin daha sərt və açıq formaya keçmiş davamıdır.
"Bu proseslər təsadüfi deyil. Azərbaycanın öz milli maraqları əsasında yürütdüyü müstəqil siyasət və regiondakı güclənən mövqeyi Rusiya mediasını və siyasi çevrələrini narahat edir. Azərbaycana qarşı bu cür hücumlar ictimaiyyətimizdə milli həmrəylik və soyuqqanlı diplomatik mövqe ətrafında daha sıx birləşmə tendensiyasını gücləndirir", - deyə deputat vurğulayıb.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.