AZ

Rusiyada Azərbaycana qarşı aparılan təbliğat bunun dövlət siyasəti olması qənaətini yaradır ŞƏRH

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə edilən basqın nəticəsində həmvətənlərimiz həlak olub və yaralanıb. Verilən məlumatlardan aydın olur ki, müdafiəsiz insanlara qarşı güc tətbiqi nümayişkaranə xarakter daşıyıb və xüsusi qəddarlıqla müşayiət olunub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib. O bildirib ki, Azərbaycana qarşı Rusiyanın dövlət mətbuat orqanlarında son dövrlər aparılan intensiv təbliğat, bu ölkənin etnik və dini ayrı-seçkilik xarakterli bir sıra addımları, həmçinin ötən ilin dekabr ayında Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya hava məkanında vurulmasına görə lazımi tədbirlərin görülməməsi bütün bu hərəkətlərin dövlət siyasəti olması qənaətini yaradır.

“Rusiya tərəfindən yol verilən və ikitərəfli münasibətlərə, beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə zidd olan bu addımları sərt şəkildə qınayır və Yekaterinburq şəhərində törədilmiş qətl və zorakılıq əməllərində iştirak etmiş bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirik”,- deyə deputat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
50
azertag.az

10Mənbələr