Xalq artisti Tünzalə Ağayeva Yekaterinburqda azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Ağayeva instaqramda paylaşdığı videoda bunları deyib:
“Yekaterinburq şəhərində Azərbaycanlı ailəsinə qarşı törədilən vandalizm, vəhşilik elə cinayətin özüdür. Cinayət axtarışı adı altında edilən bu məqsədyönlü əməl ağlasığmazdır. Hər birimiz böyük sarsıntı içərisindəyik. Həlak olanlarımıza Allahdan rəhmət diləyirəm, Səfərovlar ailəsinə baş sağlığı verirəm. Bir vətəndaş kimi əlbəttə ki, bu əməli çox pisləyirəm.
Cinayətkarlar qanun qarşısında cavab versinlər. Son dövrlərdə təyyarəmizin vurulması və bu hadisə bir daha bizə qonşumuzun dırnaq içərisində bizə olan münasibətinu göstərir. Təəssüf ki, biz qonşunu dəyişə bilmirik, amma dəyişəcəyimiz bir çox şey var.
Ölkəmizdə çox sayda xalqlar, millətlər yaşayır. Biz hər birinə böyük sevgi, mərhəmət, hörmət və sayğı ilə yanaşırıq. Amma ilk növbədə özümüzü tutmalıyıq. Dilimizi, incəsənətimizi, mədəniyyətimizi ən öndə tutaq. Bir-birimizi daha çox sevək”.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta