Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.
Mia.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə "saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.
T.Məmməda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər saxlanılıb.
Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri görülür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.