Bakı.Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuszolaqlarında minik avtomobilləri sərnişinlərinin rahat şəkildəminib-düşməsini təmin etmək üçün bugünədək Yusif Səfərov və RəşidBehbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28May və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilərprospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında)xüsusi yerlər təşkil edilib və müvafiq lövhələr yerləşdirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan YerüstüNəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, minib-düşmə yerlərinin yaradılması davametdirilir və yaxın vaxtlarda şəhərin xüsusilə mərkəzi hissələrində,həmçinin hərəkətin intensiv olduğu digər küçə və prospektlərdəsərnişinlərin rahat şəkildə minik avtomobillərinə minib-düşməsinitəmin etmək üçün xüsusi yerlər yaradılacaq.
"Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə maneolmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatınhərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinəyetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməledilməlidir", - qurumdan vurğulanıb.